AZ

İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir

İspaniya ABŞ və İran arasında əldə olunan atəşkəsdən sonra Tehrandakı səfirliyini yenidən açmağa hazırlaşır. Bu barədə ölkənin xarici işlər naziri Jose Manuel Albares bildirib.

Nazirin sözlərinə görə, səfirliyin fəaliyyətinin bərpası regionda diplomatik səylərin gücləndirilməsinə və sabitliyin təşviqinə xidmət edəcək.

İspaniya mart ayında İranla bağlı hərbi gərginlik fonunda təhlükəsizlik səbəbilə Tehrandakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmışdı.

Son qərarın ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasından sonra verildiyi bildirilir.

Rəsmi Madrid bu addımı regionda vəziyyətin nisbətən sabitləşməsinin göstəricisi kimi qiymətləndirir və diplomatik kanalların bərpasının vacibliyini vurğulayır.

Aytac

Seçilən
19
anews.az

1Mənbələr