AZ

Böyük Britaniya da Livanın atəşkəsə daxil edilməsinə çağırıb

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Livana hava hücumlarından dərin narahatlığını bildirib. Bu barədə “Sky News” bildirib. 

Kuper Livanın atəşkəs razılaşmasında iştirakının vacibliyini vurğulayıb: “Biz atəşkəsin Livana da şamil edilməsini, həqiqətən istəyirik. Dünən Livanda gördüyümüz hücumların artmasından dərin narahatlığımız var. Biz bunun humanitar nəticələrini, Livanda insanların kütləvi şəkildə didərgin düşməsini gördük. Buna görə də, biz, həqiqətən də, atəşkəsin Livana da şamil edilməsini istəyirik”, - deyə o bildirib.

XİN başçısı İranda mövcud atəşkəsin qorunmasının və Hörmüz boğazının açılmasının vacibliyini vurğulayıb: “Bu, qlobal iqtisadiyyat və bizim öz evimizdə yaşayış xərclərimlz ilə bağlı təzyiqlərin aradan qaldırılması üçün çox vacibdir”.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr