AZ

İspaniya Tehrandakı səfirliyini yenidən açıb

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez krallığın Tehrandakı səfirinə İran paytaxtına qayıtmağı və İspaniya diplomatik nümayəndəliyini yenidən açmağı tapşırıb.

XQ xəbər verir ki, bu barədə İspaniya XİN məlumat yayıb.

Xarici işlər naziri jurnalistlərə bildirib ki, "Tehrandakı səfirimizə geri qayıtmağı, diplomatik missiyaya rəhbərliyi bərpa etməyi və Tehrandakı İspaniya səfirliyini yenidən açmağı tapşırmışam".

Bu addım ABŞ və İran arasında atəşkəs razılaşması fonunda atılıb. Tehrandakı İspaniya səfirliyinin əməkdaşları 7 martda İslam Respublikasından təxliyə edilib. 

Seçilən
30
xalqqazeti.az

1Mənbələr