AZ

Rus Pravoslav Kilsəsi: “Yad planetlilər Allahın mələkləridir” – VİDEO

Rus Pravoslav Kilsəsi iddia edir ki, yadplanetlilər Tanrının mələkləridir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rus Pravoslav Kilsəsinin (RPK) mitropoliti İllarion yadplanetlilərlə bağlı maraqlı və gözlənilməz açıqlama verib.

O, yadplanetlilərin həqiqətən mövcud olduğunu, lakin onların başqa planetlərdə axtarılmasının mənasız olduğunu bildirib.

Mitropolitin sözlərinə görə, özgə planetlilər başqa ölçülərdə yaşayırlar və bəzən insanlara mələk formasında görünürlər.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
18
interpress.az

1Mənbələr