AZ

İran ABŞ və İsrail ilə münaqişədə ölənlərin sayını açıqladı

İranda ABŞ və İsrail ilə münaqişə zamanı 3000-dən çox insan ölüb.

"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscədi deyib. 

"Meyitlərin təxminən 40%-nin şəxsiyyətini müəyyən etmək mümkün olmasa da, məhkəmə-tibbi ekspertiza təşkilatının imkanları və resurslarından istifadə edərək onların şəxsiyyəti müəyyən edilərək mərhumların ailələrinə təhvil verilib", - deyə o bildirib.

Xatırladaq ki, 8 aprel gecəsi ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Onlar arasında müharibə 28 fevral tarixində başlamışdı.

Gülayə Mecid 

Seçilən
24
1
unikal.az

2Mənbələr