AZ

“Qalatasaray” xaini axtarır

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandada daxili məlumat sızdırıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə Super Liqasının son turunda “Göztepe”ni 3:1 hesabı ilə məğlub edən İstanbul təmsilçisinin çalışdırıcısı bildirib ki, oyundan əvvəl müəyyənləşdirilən start heyəti rəqiblərə ötürülür.

Burukun sözlərinə görə, bu hal komanda daxilində ciddi problem yaradır və məsələ araşdırılır.

Təcrübəli mütəxəssis məlumat sızdıran şəxsin tezliklə müəyyən ediləcəyini vurğulayıb.

Seçilən
37
idmanxeber.az

1Mənbələr