AZ

Yüksək vəzifəyə təyin edilən Yaşar Əməşov kimdir? –DOSYE

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.

Musavat.com xəbər verir ki, 50 yaşlı Y.Əməşov 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.

1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.

2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.

2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.

2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

3-cü dərəcə dövlət müşaviridir.

Seçilən
18
24
musavat.com

10Mənbələr