AZ

Moskvadan İrəvana mesaj:Eyni şəkildə cavab verəcəyik


Rusiya rəsmisi Ermənistanla bağlı sərt açıqlamalar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistanla bağlı sərt bəyanatla çıxış edib.

O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması mümkün deyil və bu addım ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğurar:
“Ermənistan Aİİ-dən heç vaxt çıxmayacaq. Bu, onun üçün ölüm kimidir, iqtisadiyyatı üçün məhv deməkdir”.

Kalaşnikov əlavə edib ki, belə bir ssenari baş versə belə, Ermənistanın Avropa İttifaqına qəbul olunması real görünmür:
“Əgər çıxa da olsa, Aİ-yə daxil olmalıdır. Bəs onu kim qəbul edəcək?”

Rusiya rəsmisi həmçinin bildirib ki, Moskva Ermənistanın “dost olmayan addımlarına” qarşı eyni şəkildə cavab verməlidir.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması ilk növbədə ölkə sahibkarlarına ciddi zərbə vuracaq və iqtisadi itkilərə səbəb olacaq.

Musavat.com

 

Seçilən
3
1
musavat.com

2Mənbələr