AZ

"Mənə xəyanət edibsə, Allah bəlasını versin"

Müğənni Şəbnəm Tovuzlu səsləndirdiyi fikirlərə aydınlıq gətirməklə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi bir müddət əvvəl "xəyanəti bağışlayaram" fikri ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Şəbnəm Tovuzlu qeyd edib ki, bu sözləri illər öncə verdiyi müsahibədə səsləndirib:
"Bu sözü 3-4 il əvvəl demişdim".

O, münasibətlərdə sevginin önəmindən danışaraq bildirib ki, sevən insan xəyanət etməz:
"Əvvəla yaxşı kişi qadınını sevirsə, xəyanət etməz. Amma elə kişilər var ki, qadından hər cəhətdən istifadə edir və istənilən an xəyanət edə bilər".

Müğənni əlavə edib ki, bəzi hallarda isə kişi qadınını çox sevsə də, səhv addım ata bilər:
"Kişi də var ki, qadınını çox sevir, hörmət edir, dəyər verir, amma bəzən şeytana uyub xəyanət edir".

Sənətçi bu səbəbdən qadınların bəzən bağışlamağa məcbur qaldığını deyib:
"Ona görə demişdim ki, qadın da çox sevirsə, məcbur bağışlayır. Mən də bağışlayardım".

Bununla yanaşı, o, şəxsi münasibətinə də toxunaraq bildirib ki, belə bir halın yaşanacağına inanmır:
"Çox sevdiyim insan mənə xəyanət edibsə, Allah bəlasını versin. Amma inanıram ki, heç vaxt etməyib. Elə insan olmadığına ürəyimlə əminəm".

Şəbnəm Tovuzlu sonda isə münasibətinə sadiq olduğunu vurğulayıb:
"Ona görə nə gedərəm, nə də onu buraxaram".

Qeyd edək ki, müğənninin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
7
1
milli.az

2Mənbələr