AZ

Ömrümün ən gözəl anı Nigar Mahmudova yazır..

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

O an hər şey durdu. Heç kim mənə mane olmadı. Sanki bir vakuum yarandı. Ətrafda sanki heç nə yox idi. Mən, Kəbə və Allah vardı yalnız. Ömrümün ən gözəl anı idi. Və bir də təkrarı olmayacaq.

Cümə günü idi. Cümə namazından sonra orada nə qədər insan olduğunu təxmin etmək çətin deyil. Mən ən çətin vaxtda və günün başımıza döydüyü bir saatda, özü də təkbaşına birdən dedim mən gedirəm Kəbəyə əl vurmağa.

İlk dövrədə Kəbəyə yaxınlaşdım. Amma ilk 3-4 sıra keçilməz idi. 20-30 yaşlarında bir gənc oğlan niyəsə mənə kömək etmək qərarına gəldi. Soruşdum “haradansan?”, dedi pakistanlıyam. Amma onlar qarabuğdayı olurlar, bu ağappaq, nurlu, yumru qəşəng üzü olan oğlan idi. Qolumdan tutub dartmağa başladı. Artıq 2-ci sıradaydım. Önümdə 2 oğlan var, getmək bilmirlər. Nəhayət qabaqdakı oğlan çıxanda pakistanlı oğlan məni arxadan itələyərək kömək elədi ki, o oğlan məni sıradan atmasın.

Bir də gördüm ki, bir Kəbədir, bir mən. Mən Kəbəyə sadəcə əlimi qoymuram. 2 əlimi və alnımı qoydum Kəbəyə. Sanki qucaqlaşdım Allahın evi ilə. O anda hər şey durdu. Mənə heç kim mane olmadı. Bir vakuum yarandı sanki. Bir Kəbə var idi, bir mən, bir Allah.

“Mən gəldim, Allah, buradayam.” dedim. “Gəlmişəm, Sənə gəlmişəm, Sənin evinə gəlmişəm. Sən çağırdın, mən gəldim” dedim və başladım hönkürüb ağlamağa. Cəmi 30-40 saniyə dayandım. Başqalarına da yer vermək üçün çox dayanmadım. Çox dua eləmədim. Bəlkə 1 ya 2. Eləcə hönkürdüm ağladım.

Düzü əvvəlki gün təvaf edərkən, hətta Kəbəni ilk gördüyümdə o qarmaqarışıqlıqda Allahla o bağı istədiyim kimi qura bilməmişdim. İstədiyim kimi dərindən yaşaya bilməmişdim o anları.

Məhz Kəbəyə toxunanda, daha doğrusu onunla qucaqlaşanda açıldım və o bağı yaratdım. Və mən belə hiss edirəm ki, mən orada çox dua etməsəm belə o ağlamağım özü dua idi.

Bu, mübaliğəsiz, heç şübhəsiz həyatımın ən gözəl anı idi. Bir daha da təkrarı olmayacaq.

Təkrar görüşmək ümidilə, Beytullah?

@gununsesi.info

Məşhur aparıcı Məkkədə belə ağladı

♬ orijinal səs – Gununsesi.info

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
icma.az

1Mənbələr