AZ

“ABŞ-İran görüşündə bu QƏRAR veriləcək” – Ekspertdən ANONS

“Donald Tramp çıxılmaz durumda idi və bu vəziyyətdən çıxış yolu axtarırdı. Ona görə də bilə-bilə ki, İranın 10 maddəlik təkliflərini heç biri ABŞ-nin maraqlarına uyğun deyil, həmin maddələri də dilə gətirdi, buna müharibəni dayandırmaq və vəziyyətdən çıxış yolu kimi baxdı”.

Bu sözləri Musavat.com-a təhlükəsizlik eksperti İlham İsmayıl iki həftəlik atəşkəsi şərh edərkən bildirib.

“İndi isə deyir ki, Hörmüz boğazı açıq və təhlükəsiz olacaq, İran nüvə silahı əldə etməyəcək, biz də müharibə etməyəcəyik. Məsələni bu şəkildə qoymaq təbii ki, Trampın maraqlarına uyğundur, İranın isə maraqlarına uyğun deyil. Bu iki məsələdə İranla hələ razılıq əldə olunmayıb ki, problem birdəfəlik həll olunmuş sayılsın. Bu saat da vəziyyət kifayət qədər gərgin olaraq qalır. İslamabad görüşlərdə çox güman ki, atəşkəsin müddəti uzadılacaq və danışıqlar davam edəcək”, – deyə İ.İsmayıl qeyd edib. Onun sözlərinə görə, ABŞ üçün əsas odur ki, Hörmüz boğazı açıq qalsın: “İran üçün də bu mənada maraqlıdır. Ancaq İranın irəli sürdüyü 10 maddə ABŞ tərəfindən qəbul olunmayacaq. Bu baxımdan da məsələ hələ tam həll olunmayıb. Məsələ hələ ki, Trampın dediyi kimidir, yəni Hörmüz boğazı açıqdır. Sabah İran Hörmüz boğazını yenə də kəssə vəziyyət gərginləşəcək. İslamabaddakı danışıqlarda problemin danışıqları davam etdirməklə həll olunması razılaşdırılacaq”.

Seçilən
29
50
editor.az

10Mənbələr