AZ

Tbilisidə parlament qarşısında insident: İki nəfər saxlanıldı

Tbilisidə parlament binası qarşısında iki nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Gürcüstan DİN” məlumat yayıb.

Tbilisidə parlament binasının qarşısında insident qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, iki nəfər saxlanılıb.

Onlardan biri xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunur. Həmin şəxs hökumət nümayəndələri tərəfindən 9 Aprel memorialına gətirilən əklilləri aşırıb və ictimai asayişi pozaraq nalayiq ifadələr işlədib. İkinci saxlanılan şəxs isə qrup halında zorakılıq törətməkdə ittiham olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr