AZ

Aktyor Mario Adorf vəfat edib

"Tənəkə təbil" və "On zənci balası" filmlərindəki rolları ilə məşhurlaşan aktyor Mario Adorf 95 yaşında vəfat edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Aktyorun ölümünü onun meneceri və "Reinholz" kino agentliyinin nümayəndələri təsdiqləyib.

"Bild"in məlumatına görə, aktyor aprelin 8-də qısa sürən xəstəlikdən sonra Parisdəki mənzilində vəfat edib.

Mario Adorf 1930-cu il sentyabrın 8-də İsveçrədə anadan olub. O, kino karyerasına 1954-cü ildə başlayıb. Aktyor 200-dən çox filmdə ("Tənəkə təbil" (1979), "Balaca lord" (1996), "İnsan ovu" (1972), "Pinokkio" (2013) və s.) çəkilib.

"Cebheinfo.az"

Seçilən
12
5
cebheinfo.az

6Mənbələr