AZ

Müctəba Xamenei sağlamdır və ölkəni idarə edir - İran açıqladı

İranın Ali Lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

"Onun səhhəti yaxşıdır və vəziyyəti nəzarətdə saxlayır", - diplomat bildirib.

Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq xarici işlər nazirinin müavini ABŞ-ın bütün beynəlxalq qanunları pozaraq dövlət başçısını öldürdüyü hazırkı son dərəcə təhlükəli vəziyyəti nəzərdən keçirməyə çağırıb.

Xətibzadə əlavə edib ki, ABŞ-ın İsraildəki tərəfdaşları hər kəsi öldürməkdən çəkinməyəcəklər.

Seçilən
21
ucnoqta.az

1Mənbələr