AZ

“Yuventus” Alissona 3 illik müqavilə təklif etdi

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını yenidən İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” 33 yaşlı qolkiperi transfer etmək istəyir və ona 3 illik müqavilə təklif etməyə hazırlaşır.

Bildirilib ki, braziliyalı qolkiper də yayda Turin klubuna keçidə müsbət yanaşır.

Qeyd edək ki, Alisson daha əvvəl A Seriyasında “Roma”nın formasını geyinib.

Seçilən
21
idmanxeber.az

1Mənbələr