AZ

Pezeşkian: "Əlimiz tətiyin üzərindədir"

İran Prezidenti Məsud Pezeşkian Livana edilən hücumla atəşkəsin pozulduğunu bəyan edib.

Ölkə.Az xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Sionist rejimin Livana qarşı təkrar təcavüzü ilkin atəşkəs razılaşmasının aşkar şəkildə pozulmasıdır. Bu, aldatma və mümkün razılaşmalara əməl edilməməsi barədə həyəcan siqnalıdır. Bu cür hərəkətlərin davam etməsi danışıqları mənasız edir. Əllərimiz tətiyin üzərindədir. İran livanlı qardaş və bacılarını heç vaxt tək qoymayacaq", — deyə Pezeşkian bildirib.

Seçilən
16
1
olke.az

2Mənbələr