AZ

Cəfər Həsənov: Musiqi təhsilində ustad ənənələrinin davamı prioritetdir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Peşəkar musiqiçilərin yetişdirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların ustad sənətkarların izi ilə irəliləməsi bu gün Azərbaycan musiqi təhsilinin əsas istiqamətlərindən biridir. Mən də bu gün öz müəllimlərimdən öyrəndiklərimi şagirdlərimə ötürməyə, onların həm texniki, həm də bədii inkişafına dəstək olmağa çalışıram. Beynəlxalq Muğam Mərkəzində keçirilən “Nağaranın sədası” adlı solo konsertim də bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq və respublika müsabiqələri laureatı, Fikrət Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbinin müəllimi, zərb alətlərinin mahir ifaçısı Cəfər Həsənov deyib.

“İlk dəfə təşkil olunan “Nağaranın sədası” adlı solo konsertim həm şəxsi yaradıcılığımı təqdim etmək, həm də gənc ifaçılara səhnə təcrübəsi qazandırmaq məqsədi daşıyırdı. Bu konsert proqramında həm klassik, həm də müasir musiqi nümunələri təqdim olunub, milli ritmlər və ifaçılıq ənənələri ön plana çəkilib. Belə tədbirlər Azərbaycan musiqisinin zəngin ənənələrinin gənc nəslə düzgün çatdırılmasına imkan verir, nəticədə onlar milli musiqimizi daha dərindən mənimsəyir və onu yeni yanaşmalarla inkişaf etdirirlər. Mənim üçün əsas məqsəd yalnız ifaçı yetişdirmək deyil, eyni zamanda milli dəyərlərə bağlı, səhnədə öz sözünü deyə bilən sənətkarlar formalaşdırmaqdır”, - deyə Cəfər Həsənov bildirib.

Müxbir - Gülay Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azertag.az

1Mənbələr