AZ

Netanyahunun BAŞI DƏRDDƏ

Aprelin 12-də, bazar günü, İsraildə ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı açılmış cinayət işləri üzrə məhkəmə iclasları yenidən bərpa olunacaq.

Publika.az "Jerusalem Post" (JP) qəzetinə istinadla xəbər verir ki, bu, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanması ilə əlaqədar yaranmış fasilədən sonra baş tutacaq.

Nəşrin məlumatına görə, dinləmələr İran münaqişəsindən əvvəlki formatda keçiriləcək: bazar günləri Qüds məhkəməsində, bazar ertəsindən çərşənbəyə qədər isə Təl-Əviv dairə məhkəməsində.

2024-cü ilin dekabrında Təl-Əviv dairə məhkəməsində Netanyahuya qarşı köhnə işlər üzrə dinləmələr başlamışdı.

Seçilən
9
publika.az

1Mənbələr