AZ

Kukseviç: “Gözlədiyimizdən yaxşı oynadıq”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Tbilisidə keçirilən yoxlama oyununda futzal üzrə Azərbaycan millisi Gürcüstana məğlub olub.

Futbolpress.az xəbər verir ki, baş məşqçimiz Yevgeni Kukseviç görüş barədə açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq.

Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik.

Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibarilə bəlkə də, meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
3
futbolpress.az

4Mənbələr