2025-ci il “A-Qrup Sığorta” üçün uğurlu maliyyə ili olub. Şirkət 981 min manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə təxminən 7 dəfə çoxdur.
Şirkətin nmaliyyə hesabatına görə, vergiyəqədərki mənfəət 1 milyon 197 min manat təşkil edib və bu göstərici də əvvəlki ilin nəticələrindən xeyli yüksəkdir. Mənfəət vergisi ödənişləri isə 216 min manata çatıb ki, bu da illik müqayisədə 6 dəfə artım deməkdir.
2026-cı ilin yanvarın 1-nə olan məlumatlara görə, “A-Qrup Sığorta”nın aktivləri 30 milyon 440 min manata yüksəlib. Şirkətin öhdəlikləri 15 milyon 981 min manata çataraq 13,6%, balans kapitalı isə 14 milyon 459 min manata çataraq 6,1% artıb.
1995-ci ildə təsis olunan “A-Qrup Sığorta” əsasən tibbi sığorta sahəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 10 milyon 5 min manatdır və səhmlərin 100%-i Direktorlar Şurasının sədri Sabir Adna oğlu Adnayevə məxsusdur.