AZ

Netanyahudan Livanla bağlı GÖSTƏRİŞ

İsrail və Livan arasında onilliklərdir davam edən gərginlikdə tarixi dönüş nöqtəsi ola biləcək mühüm addım atılıb. İsrailin Baş naziri Benyamin Netanyahu iki ölkə arasında birbaşa təmasların qurulması üçün rəsmi göstəriş verib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir Livan tərəfindən gələn təkrar müraciətlərə cavab olaraq, dünən Nazirlər Kabinetinə ən qısa zamanda danışıqlara başlamağı tapşırıb. Netanyahunun sözlərinə görə, bu müzakirələrin əsas diqqət mərkəzində “Hizbullah”ın tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması dayanacaq.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail tərəfi Livanın Baş nazirinin Beyrutun demilitarizasiyası (hərbisizləşdirilməsi) ilə bağlı bu gün səsləndirdiyi çağırışı müsbət qarşılayır və dəstəkləyir. Bu bəyanat regionda sabitliyin bərpası və hərbi qarşıdurmaların diplomatik yolla həlli istiqamətində atılmış ən ciddi addımlardan biri kimi qiymətləndirilir. Danışıqların yaxın vaxtlarda başlaması gözlənilir.

Sara
NOCOMMENT.az

Seçilən
43
nocomment.az

1Mənbələr