AZ

Artıq çəki və yorğunluq: Gecə qidalanmasının CİZLİ TƏHLÜKƏLƏRİ

Gecə saatlarında qidalanmaq beynin fəaliyyətini pozur.

İnterpress.az xəbər verir ki, bu barədə sağlamlıq mütəxəssisləri məlumat yayıb.

Diyetoloqlar gecə saatlarında yemək yeməyin və həddindən artıq qidalanmağın orqanizmə, xüsusilə də beyin funksiyalarına vurduğu zərərlərdən danışıblar.

Mütəxəssislərin sözlərinə görə, gecə saatlarında qəbul edilən ağır və kalorili qidalar bədənin yuxu zamanı həyata keçirməli olduğu təbii bərpa və “təmizlənmə” proseslərini pozur.

“Gecə saatlarında mütəmadi olaraq çox yemək orqanizmin, xüsusən də beynin işini pozur. Nəticədə diqqət və yaddaş zəifləyir, koqnitiv pozğunluqlar riski artır, həmçinin xroniki yorğunluq və artıq çəki problemi meydana çıxır”, – diyetoloq vurğulayıb.

Mütəxəssis bu problemlərdən qaçmaq üçün nahar və ya şam yeməyinin yüngül və balanslı olmasını tövsiyə edir.

Şam yeməyində asan həzm olunan zülallar, tərəvəzlər və az miqdarda mürəkkəb karbohidratlara üstünlük vermək lazımdır.

Bu yanaşma orqanizmin yuxu öncəsi həddindən artıq yüklənməsinin qarşısını almağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
50
interpress.az

1Mənbələr