AZ

Vaşinqton Təl Əvivdən uzaqlaşmalıdır Taker Karlson

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Vaşinqton həddindən artıq aqressivliyi və ABŞ maraqlarına zidd hərəkətləri səbəbindən Təl-Əvivdən uzaqlaşmalıdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson özünün YouTube kanalında bildirib.

"Bu müharibə bitdikdə Birləşmiş Ştatların ilk növbədə İsraildən uzaqlaşması lazımdır. Çünki İsrail bizim maraqlarımıza qarşı aqressiv hərəkət edir", jurnalist bildirib.

O bildirib ki, ABŞ hərbi və iqtisadi da daxil olmaqla İsrailə bütün dəstəyi dayandırmalıdır. Onun fikrincə, Vaşinqton Təl-Əvivə "istənilən digər ölkə" kimi yanaşmalıdır.

Karlson vurğulayıb ki, bu məsafə ABŞ hökumətinin İsrailə hərbi və ya iqtisadi yardımının tamamilə dayandırılması ilə başlamalıdır.

O, həmçinin qeyd edib ki, Amerika-İsrail münasibətlərinin hazırkı strategiyası İran münaqişəsinin kəskinləşməsinə və nüvə silahının istifadəsinə səbəb ola bilər.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
olke.az

2Mənbələr