AZ

Almaniyada bankda gərgin anlar: Silahlı şəxs saxlanıldı

Almaniyanın qərbində naməlum şəxs "Sparkasse" bankının filialına daxil olaraq orada barrikada qurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.

Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və helikopter cəlb olunub, genişmiqyaslı əməliyyat keçirilib. Nəticədə kişi polisə təslim olub.

Məlumata görə, 42 yaşlı şəxs yerli vaxtla saat 16:30-da banka daxil olub. Bank əməkdaşlarından biri onun üzərində tapança gördüyünü bildirib. Lakin kişi heç kimə hədə-qorxu gəlməyib və heç bir tələb irəli sürməyib. Silahın həqiqi olub-olmadığı isə hələ müəyyən edilməyib.

Bildirilir ki, kişi girov götürməyib və bankda tək olub. O, təxminən iki saat ərzində binada qalıb. Saxlanılarkən müqavimət göstərməyib. Onun motivləri hələlik məlum deyil, psixi vəziyyəti ilə bağlı versiya da araşdırılır./Oxu.az


Telegram kanalımız
Seçilən
69
1
yenisabah.az

2Mənbələr