AZ

Moskva 1000 əsgərin qalıqlarını Kiyevə təhvil verdi

Rusiya Ukraynaya 1000  əsgərin qalıqlarını təhvil verib  və bunun müqabilində 41 rus hərbçisinin cəsədini alıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, döyüşçülərin qalıqlarının mübadiləsi Rusiya və Ukrayna arasında əməkdaşlıq sahələrindən biridir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Kiyev və Moskva arasında hər ay orta hesabla min cəsədin, əsasən əsgərlərin mübadiləsinin həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna savaşı İkinci Dünya Müharibəsindən bəri Avropada baş verən ən qanlı münaqişədir  və hesablamalara görə, bu müharibə hər iki ölkədə yüz minlərlə insanın həyatına son qoyub.

Aydın Baxış

Seçilən
33
1
bakivaxti.az

2Mənbələr