AZ

İsrail və Livan ABŞ ın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail və Livan atəşkəsə nail olmaq və uzunmüddətli sülhün təmin edilməsi məqsədilə rəsmi danışıqlara başlayır.

Bizimyol.info xəbər verir ki, rəsmi mənbələrin bildirdiyinə görə, dialoq diplomatik səviyyədə aparılacaq və Vaşinqtonda hər iki ölkənin səfirləri prosesdə iştirak edəcək. Yerində koordinasiya və birbaşa dəstəyi isə ABŞ-ın Livandakı səfiri M.İssa təmin edəcək. Rəsmi təmasların başlanması qərarı Vaşinqtonun regionda vəziyyəti sabitləşdirmək istiqamətində apardığı intensiv diplomatik səylərdən sonra qəbul edilib.

Bu addımdan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı ABŞ lideri İsrail hökumətinin başçısına Livan ərazisindəki hədəflərə qarşı İsrail ordusunun zərbələrinin intensivliyini azaltmağı tövsiyə edib. Ağ Evin mövqeyinə görə, gərginliyin azaldılması İranla nəzərdə tutulan mümkün atəşkəsin pozulmaması və diplomatik proses üçün əlverişli şəraitin yaradılması baxımından vacibdir.

ABŞ prezidenti ilə məsləhətləşmələrdən dərhal sonra Binyamin Netanyahu təhlükəsizlik üzrə dar kabinetə qısa müddətdə danışıqlara başlamaq tapşırığı verib. Baş nazir vurğulayıb ki, bu danışıqlarda İsrailin əsas prioriteti “Hizbullah”ın tam tərksilah olunması olacaq. Qüdsün yekun məqsədi iki dövlət arasında möhkəm sülhün təmin edilməsi və İsrailin şimal bölgələrinə raket hücumları təhlükəsinin aradan qaldırılmasıdır.

Hazırda rəsmi görüşlərin qrafiki dəqiqləşdirilir. Bununla belə, hər iki tərəf uzanan hərbi münaqişədən çıxış yolu tapmaq üçün ABŞ-ın vasitəçilik platformasından istifadə etməyə hazır olduqlarını ifadə ediblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
icma.az

10Mənbələr