AZ

Bu şirkətin tenderlərdə iştirakına qadağa qoyuldu

Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə edilib.

Publika.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «AA Trading Group» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1505288501) etibarsız təchizatçılar siyahısına əlavə edilib.

Məlumata görə, buna səbəb - «AA Trading Group» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.

Qeyd edək ki, «AA Trading Group» MMC 2020-cı ilin dekabrın ayının 7-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Akif Vahid oğlu olan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.

Seçilən
7
1
publika.az

2Mənbələr