AZ

Sumqayıtda yol qəzası: sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı (VİDEO)

Bakı. Trend:

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefonxəttinə məlumat daxil olub.

Bildirilib ki, hadisə şəhərin Yaşma bağları adlanan ərazisindəqeydə alınıb. Dərhal FHN-in Sumqayıt Regional Mərkəzininxilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “Volvo”markalı yük avtomobili idarəetmədən çıxaraq reklam lövhəsinəçırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıbvə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdəqalıb.

Xilasedicilər xüsusi texniki vasitələrin köməyi ilə sürücünü –1975-ci il təvəllüdlü Sultanov Mahmud Sultan oğlunu avtomobildənçıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Seçilən
20
3
az.trend.az

4Mənbələr