Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralardadır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə bu riski minimuma endirmək mümkündür.
Azreform.info ürəyinizi saat kimi işlədəcək, damarlarınızı təmiz saxlayacaq 12 əsas qidanı təqdim edir:
1. Yağlı balıqlar
Qızılbalıq (salamon), skumbriya və sardiniya kimi balıqlar Omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar aritmiya riskini azaldır, təzyiqi tənzimləyir və iltihabı aradan qaldırır.
2. Yarpaqlı yaşıl tərəvəzlər
İspanaq, kələm və pazı kimi tərəvəzlər yüksək miqdarda K vitamini və nitratlarla zəngindir. Onlar arteriyaları qoruyur və qan təzyiqini aşağı salmağa kömək edir.
3. Taxıllar
Yulaf, çovdar və qəhvəyi düyü lif anbarıdır. Lifli qidalar "pis" xolesterolu (LDL) aşağı salaraq damar tıxanmalarının qarşısını alır.
4. Giləmeyvələr
Çiyələk, moruq, böyürtkən və qaragilə antioksidantlarla (antosianinlər) doludur. Onlar ürək hüceyrələrini oksidləşdirici stressdən və iltihabdan qoruyur.
5. Avokado
Tərkibindəki birdonmamış yağ turşuları sayəsində xolesterol səviyyəsini tarazlayır. Həmçinin ürək sağlamlığı üçün vacib olan kalium mənbəyidir.
6. Qoz və badam
Hər gün bir ovuc qoz və ya badam yemək damar elastikliyini artırır. Bu çərəzlər maqnezium və liflə zəngin olduğu üçün ürək dostu sayılır.
7. Paxlalılar
Mərci, lobya və noxud tərkibindəki həll olunan liflər vasitəsilə qanda xolesterolu və triqliseridləri azaldır.
8. Tünd şokolad (ən azı 70% kakao)
Flavonoidlərlə zəngin olan tünd şokolad qan dövranını yaxşılaşdırır və qan laxtalanması riskini azaldır. (Təbii ki, miqdarına diqqət etmək şərtilə!)
9. Zeytun Yyağı
Aralıq dənizi pəhrizinin əsası olan zeytun yağı antioksidantlarla zəngindir. Ürək xəstəlikləri və insult riskini ciddi şəkildə azaldır.
10. Sarımsaq
Tərkibindəki allisin maddəsi sayəsində sarımsaq təbii təzyiq salıcı funksiyasını yerinə yetirir və damarların sərtləşməsinin qarşısını alır.
11. Yaşıl çay
Katexinlərlə zəngin olan yaşıl çay maddələr mübadiləsini sürətləndirir, hüceyrə zədələnməsini azaldır və ürəyi cavan saxlayır.
12. Pomidor
Pomidora qırmızı rəng verən likopen güclü bir antioksidantdır. Likopen səviyyəsi yüksək olan insanlarda infarkt riski daha aşağı olur.(publika.az)