AZ

Kurtulmuş: “Cənubi Qafqazda yeni tarazlıq yaranıb”

Ayna saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan və Ermənistan arasındakı yaxınlaşma son dərəcə əhəmiyyətlidir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda gedən prosesləri yüksək qiymətləndirib. AYNA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin Baş Assambleyası zamanı Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri ilə mümkün üçtərəfli görüşü şərh edib.

Kurtulmuş qeyd edib ki, “bütün Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq sisteminin olması mümkündür və Azərbaycanla Ermənistan arasında son zamanlar baş verən yaxınlaşma son dərəcə müsbət və əhəmiyyətlidir”.

O bildirib ki, Qarabağın işğaldan azad edilməsindən və Azərbaycanın nəzarətinə qayıtmasından sonra regionda yeni bir tarazlıq yaranıb.

Spiker həmçinin əlavə edib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında parlament və siyasi səviyyələrdə üçtərəfli münasibətlər qurulacaq və bu format digər Qafqaz ölkələrini də əhatə edə bilər.

Kurtulmuş ümid edir ki, bölgə tezliklə tamamilə dinc mühitə çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
50
ayna.az

10Mənbələr