AZ

Tramp macar seçicilərə çağırış etdi: Orbanı dəstəkləyin

ABŞ Prezidenti Donald Tramp Macarıstan vətəndaşlarını qarşıdan gələn seçkilərdə hazırkı baş nazir Viktor Orbanın partiyasına səs verməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth" hesabında paylaşım edib.

Donald Tramp Orbanı “güclü və qətiyyətli lider” adlandıraraq bildirib ki, o, ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır. ABŞ Prezidenti qeyd edib ki, Macarıstanın baş naziri iqtisadiyyatı inkişaf etdirir, yeni iş yerləri yaradır, ticarəti genişləndirir, eyni zamanda qeyri-qanuni miqrasiyanın qarşısını alır və ölkədə qanun-qaydanı təmin edir.

“Macarıstan gedin və Viktor Orban üçün səs verin. O, əsl dost, döyüşçü və qalibdir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı il tarixində keçiriləcək.

Aytəkin TOFİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr