ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Ali Məhkəmənin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.
Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.
Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.
Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.
İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.
Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.
Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.
Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.
Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Hadisə
İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlanıb

Hadisə
“Ketamin kraliçası” ABŞ-da məhkum edilib...

Hadisə
Tovuzda ailə üç uşağından imtina edib

Hadisə
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub

Hadisə
Naxçıvanda ilin ilk 3 ayında 50 qida obyekti cərimələnib

Hadisə
Bakıda 6 narkokuryer saxlanılıb

Hadisə
Sabunçuda evdən 9 min manat oğurlanıb

Hadisə
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub

Hadisə
Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb

Hadisə
Ötən gün qanunsuz saxlanılan 4 avtomat, 1 pulemyot tapılıb

Hadisə
Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb

Hadisə
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.