AZ

“Bu, Ermənistan üçün ölümdür” “Onu heç kim Aİ yə qəbul etməyəcək”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İrəvan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmayacaq, çünki bu, Ermənistan iqtisadiyyatına ölümcül zərbə vuracaq.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov "İzvestiya"ya verdiyi açıqlamada deyib.

"Ermənistan heç vaxt AİB-dən çıxmayacaq. Bu, onun üçün ölüm, iqtisadiyyatı üçün ölümə bərabər olardı. İkincisi, hətta çıxsa belə, Avropa Birliyinə (Aİ) qoşulmalı olacaq, bəs onu Aİ-yə kim qəbul edər?", - deyə komitə sədri bildirib.

Kalaşnikov əlavə edib ki, Rusiya İrəvanın “qeyri-dost hücumlarına” eyni şəkildə cavab verməlidir. Onun dediyinə görə, Ermənistanın AİB-dən çıxmasının heç bir mənası yoxdur, çünki bu, onun iqtisadiyyatı üçün ciddi iqtisadi itkilərə gətirib çıxaracaq, ilk zərər çəkənlər isə erməni sahibkarlar olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
50
azpolitika.info

10Mənbələr