AZ

İsrail Livanda istədiyinə nail ola biləcək? -Konfliktoloq DANIŞDI

"Livanda da, Qəzzada da təbii sərvətlər uğrunda mübarizə gedir. İsrailin məqsədi təbii sərvətlərə sahib olmaqdır, bu da təbii ki, qaz və neftdir".

Bunu Redaktor.az-a açıqlamasında konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.

Müsahibimiz vurğuladı ki, İsrailin digər bir məqsədi isə bölgədə hansısa kiçik inkişaf etmək şansı olan, ona rəqib ola biləcək dövlətləri sıradan çıxarmaqdır:

"İsrailin Livanda istədiklərinə nail olub-olmayacağını zaman göstərəcək. Nəticə eyni zamanda İranla aparılan müharibənin sonluğundan da asılı olacaq. Fikrimcə, İsrail regionda istədiyinə tam nail ola bilməyəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr