AZ

İllinoys Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 aprel, AZƏRTAC

Urbana-Şampeyn İllinoys Universitetində Azərbaycan mədəniyyətinin tanıdılmasına həsr olunan “Beynəlxalq tanıtım” tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının, eyni zamanda, universitetin Beynəlxalq Tələbələr və Tədqiqatçılarla İş üzrə Xidmətlər şöbəsinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbirin məqsədi iştirakçılara Azərbaycanı, onun zəngin mədəniyyətini və milli ənənələrini interaktiv və maraqlı formada təqdim etmək olub.

Əvvəlcə Azərbaycan haqqında təqdimat keçirilib, ölkəmiz barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub, milli musiqimiz ifa edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azertag.az

1Mənbələr