AZ

“Yeni Azərbaycan” qəzetinin yaranmasından 33 il ötür

Bu gün “Yeni Azərbaycan” qəzetinin yaranmasından 33 il ötür.

SİA xəbər verir ki, 1993-cü ildə təsis olunan qəzet müasir Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun təbliği, dövlətçilik ideyalarının geniş ictimaiyyətə çatdırılması və ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin operativ şəkildə işıqlandırılması “Yeni Azərbaycan” qəzetinin əsas fəaliyyət istiqamətlərindən olub.

Yarandığı ilk gündən etibarən qəzet obyektivlik, peşəkarlıq və dövlət maraqlarına sədaqət prinsiplərini əsas götürərək oxucuların etimadını qazanıb. Müxtəlif dövrlərdə ölkədə həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf, beynəlxalq əlaqələr və digər mühüm sahələr barədə dolğun materiallar təqdim edən nəşr bu gün də informasiya məkanında öz mövqeyini qoruyub saxlayır.

33 illik fəaliyyəti ərzində “Yeni Azərbaycan” qəzeti zəngin inkişaf yolu keçərək müasir media mühitinə uyğunlaşmağı bacarıb, ənənə ilə yeniliyin vəhdətini qoruyub. Bu münasibətlə qəzetin kollektivi və oxucuları səmimi qəlbdən təbrik edilir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Seçilən
20
1
sia.az

2Mənbələr