UEFA "Barselona" - "Atletiko" (Madrid) oyununun hakimi İstvan Kovaçla bağlı daxili qərarını artıq verib.
Rumıniyalı referi Çempionlar Liqasının cari mövsümünün qalan hissəsində oyun idarə etməyəcək.
Avropada onun üçün qapılar bağlansa da, FİFA referini 2026-cı il Dünya Çempionatının hakim siyahısına daxil edib.
Qeyd edək ki, "Barselona" və "Atletiko" arasındakı ilk matç Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.