AZ

“Sentyabra qədər vəziyyət çox çətin olacaq” Zelenski yaxın aylarda gözlənilən proseslərdən danışıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vladimir Zelenski bildirib ki, əgər Rusiya deeskalasiya yolunu seçərsə, ABŞ-ın iştirakı ilə üçtərəfli görüş keçirilə bilər. Onun sözlərinə görə, bu görüşün apreldən iyuna qədər təşkil olunmasına cəhd göstərilir və buna görə də sentyabra qədər vəziyyət çox çətin olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşündə qeyd edib.

“Düşünürəm ki, bu aylar onlar üçün əsas dövrdür. Və məncə, sentyabra qədər bizə çox çətin olacaq. Amerikalılar heç kimə bu dialoqu uzatmaq üçün əlavə vaxt verməyəcəklər”, - deyə bildirib.

Onun sözlərinə görə, yay başlananda ABŞ daha çox daxili siyasi proseslərə, xüsusilə seçkilərə fokuslanacaq və bu səbəbdən Vaşinqtonun mövqeyində daxili siyasətə ayrılan “son tarix” avqust ayı ola bilər.

Zelenski əlavə edib ki, yaz–yay dövrü həm siyasi, həm də diplomatik baxımdan gərgin keçəcək və Ukraynaya təzyiqlər arta bilər. Eyni zamanda döyüş meydanında da təzyiqin davam edəcəyi gözlənilir. O, həmçinin qeyd edib ki, tərəfdaşlar bu il NATO çərçivəsində “tarixi və dönüş yaradan” sammit keçirə bilərlər, lakin bu, ölkələrin real hazırlığından asılıdır.

Zelenski Vladimir Putin rejiminin mümkün addımlarını şərh edərək bildirib ki, Rusiyada “Telegram”ın məhdudlaşdırılması qeyri-populyar qərarlara hazırlıq ola bilər.

Onun fikrincə, mümkün ssenarilər bunlardır: ya müharibənin müəyyən formada bitməsi, ya da əksinə, eskalasiya və daha geniş mobilizasiya. Bu halda Moskva və Sankt-Peterburqdan daha çox insanın cəbhəyə göndərilməsi ehtimalı var.

Zelenski həmçinin qeyd edib ki, Rusiya cəmiyyətinin radikal hissəsi (təxminən 20–25%) müharibənin bitməsinə hazır deyil, digər hissə isə eskalasiyaya mənfi reaksiya verə bilər. Onun sözlərinə görə, yaxın zamanda hansı xəttin seçildiyi daha aydın olacaq.

Daha əvvəl Kreml tərəfindən Putin adına verilən açıqlamada 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər birtərəfli “Pasxa atəşkəsi” elan edilib.

Zelenski isə Ukraynanın bu məsələdə simmetrik addımlara hazır olduğunu bildirib: “Biz bu il Pasxa bayramı dövründə atəşkəs təklif etmişdik və buna uyğun şəkildə hərəkət edəcəyik”, - deyə bildirib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
bizimyol.info

1Mənbələr