AZ

İsrail Livan danışıqlarının yeri və vaxtı məlum oldu

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail və Livan nümayəndələri aprelin 14-də danışıqlar aparacaqlar.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti mənbəyə istinadla məlumat yayıb.

Digər tərəfdən, yüksək vəzifəli İsrail rəsmisi də “Axios” portalına görüşün gələn həftə baş tutacağını təsdiqləyib. Lakin o, görüşün keçirilməsi üçün dəqiq tarixi açıqlamayıb.

Onun sözlərinə görə, danışıqların Vaşinqtonda ABŞ Dövlət Departamentində keçirilməsi nəzərdə tutulub.

Danışıqlar səfirlər səviyyəsində keçiriləcək.

Danışıqlarda İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter və Livanın ABŞ-dəki səfiri Nada Hamade-Moavad iştirak edəcək. Danışıqlarda ABŞ-nin Livandakı səfiri Mişel İssanın da iştirakı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla danışıqlara mümkün qədər tez başlamaq istədiyini bildirmişdi. O, danışıqların Livanın “Hizbullah” hərəkatının tərksilah edilməsinə və ölkələr arasında dinc münasibətlərin qurulmasına həsr olunacağını qeyd etmişdi. Netanyahu həmçinin Livanın Baş naziri Nəvaf Salamın Beyrutun silahsızlaşdırılması çağırışını alqışlamış, İsrailin bu çağırışı yüksək qiymətləndirdiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
yeniavaz.com

1Mənbələr