Ukraynalı məktəblilər və tələbələr, cinsindən asılı olmayaraq, artıq odlu silah təlimi də daxil olmaqla "Milli Müqavimətin Əsasları" kursunu öyrənəcəklər.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Telegram kanalında məlumat verilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Vətəndaşların Milli Müqavimətə Hazırlanmasının Bəzi Məsələləri haqqında Qanunu imzalayıb.
Sənəd orta təhsildən ali təhsilə qədər bütün səviyyələrdə təhsil prosesinə inteqrasiya olunmuş yeni təlim modelini təqdim edir.
Dəyişikliklər "Milli Müqavimətin Əsasları" kursunun tətbiqini, xüsusi təlim mərkəzlərinin yaradılmasını və praktik məşğələlər üçün odlu silahların istifadəsini tənzimləyir.