AZ

Polşa yanacaq qiymətlərinin tənzimlənməsinə ayda 440 milyon dollar xərcləyir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 aprel, AZƏRTAC

ABŞ-nin İrana hücumu nəticəsində yaranan yanacaq qiymətləri artımının qarşısını almaq Polşa xəzinəsinə ayda 1,6 milyard zlotıya (təxminən 440 milyon dollar) başa gəlir.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın maliyyə naziri Anjey Domanski RMF24 radiostansiyasına bildirib. Onun fikrincə, ölkə hakimiyyəti yanacaq qiymətlərinin tənzimlənməsi proqramını ən azı aksiz vergisinin azaldılması hesabına uzadacaq.

Seym (Polşa parlamentinin aşağı palatası) martın 27-də yanacaq qiymətlərinin azaldılması üçün müvəqqəti tədbirlər haqqında bir sıra qanunlar qəbul edib. Buraya yanacağa ƏDV dərəcəsinin 8 faizədək endirilməsi, eləcə də benzin və dizel yanacağına aksiz vergisi kimi tədbirlər daxildir.

Energetika Nazirliyi, həmçinin ölkə daxilindəki bütün yanacaqdoldurma məntəqələri üçün məcburi olan gündəlik qiymətin yuxarı həddini müəyyən edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr