AZ

Sunniya Durrani Camal: Regional inteqrasiya və enerji əlaqələri AİB in əsas prioritetidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

Zəngəzur dəhlizinin maliyyələşdirilməsi perspektivləri nə dərəcədə realdır və bu layihənin iqtisadi əsaslandırılması hansı göstəricilərlə aparılmalıdır? Zəngəzur dəhlizi və Orta Dəhlizin paralel inkişafı Azərbaycanın həm logistika, həm də enerji ixrac marşrutları baxımından rolunu necə dəyişə bilər və bu sinerjinin maksimumlaşdırılması üçün Asiya İnkişaf Bankı (AİB) hansı kompleks yanaşmanı təklif edir?

Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, regional və iqtisadi əməkdaşlığı, o cümlədən əlaqəni təşviq etmək AİB strategiyasının əsas istiqamətlərindən biridir.

“Məhz buna görə biz Asiya Regional İnteqrasiya Mərkəzi (ARİC) platformasını yaratdıq. Biz Zəngəzur dəhlizi və Orta dəhliz layihələrinin müsbət inkişafını müşahidə edirik. Hər zaman nəqliyyat və enerji əlaqələrinə böyük diqqət yetirmişik. Biz, həmçinin regionun başqa bir mühüm enerji layihəsini – Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsini də dəstəkləyirik. Bu layihə uğurla icra olunsa, regionun enerji əlaqəsinə böyük töhfə verəcək”, - deyə Sunniya Durrani-Camal qeyd edib.

Bundan əlavə, AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri bankın nəqliyyat, o cümlədən dəmir yolu marşrutlarına sərmayələr qoyduğunu deyib və bildirib ki, digər əsas istiqamət rəqəmsal əlaqədir. AİB bu istiqamətlər üzrə regional inteqrasiyaya töhfə verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr