AZ

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Rio-de-Janeyro Olimpiya Parkındakı 2016-cı il Rio Olimpiadası üçün tikilmiş stadionda yanğın baş verib.Bizim.Media xəbər verir ki, yanğın tez bir zamanda arenanın damını bürüyüb.

 

Yanğının söndürülməsi üçün əraziyə təxminən 20 yanğınsöndürmə maşını və 80 nəfərlik heyət cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın nəzarət altına alınıb. 

Damın yarısı dağılsa da, itki olmayıb. Yanğının səbəbi araşdırılır. Qeyd edək ki, sözügedən stadionda 2017-ci ildə də iki ayrı yanğın hadisəsi baş verib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bizim.media

2Mənbələr