AZ

Cənubi Koreyada internet PULSUZ OLDU

Cənubi Koreyada hamı üçün pulsuz mobil internetə çıxış tətbiq edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Cənubi Koreya bütün vətəndaşları üçün pulsuz baza mobil internetə çıxışı təmin edən yeni bir layihəyə start verib. İndi istisnasız olaraq hər bir vətəndaşın 400 kbit/s sürətlə internetə çıxış imkanı dövlət tərəfindən zəmanət altına alınır.

Bu təşəbbüs ölkənin bütün böyük mobil operatorları ilə razılaşdırılıb. Qaydalara görə, abunəçinin aylıq trafik limiti bitdiyi halda, o, avtomatik olaraq “dövlət limitsiz” internetinə keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr