AZ

Tramp çəkiclə öldürülən qadının şok görüntülərini paylaşdı

ABŞ prezidenti Donalt Tramp “Truth Social” hesabında immiqrant tərəfindən öldürülən qadının görüntülərini paylaşıb.

Publika.az “The Guardian”a istinadla xəbər verir ki, Tramp İranla münaqişədən sonra bu görüntüləri paylaşaraq Amerika müzakirələrini immiqrasiya qərarları üzərində yenidən cəmləşdirməyə çalışıb.

Floridada çəkilən videoda hakimiyyət orqanları tərəfindən haitili immiqrant kimi müəyyən edilən kişinin yanacaqdoldurma məntəqəsində çalışan qadını çəkiclə döyərək öldürdüyü görünür.

“Tarixin ən pis prezidenti Co Bayden və Konqresdəki Radikal Demokratlar tərəfindən ölkəmizə buraxılan Haitidən olan qanunsuz əcnəbi cinayətkar günahsız bir qadını çəkiclə döyərək öldürüb. Onun vəhşicəsinə qətl videosu indiyə qədər görəcəyiniz ən qəddar şeylərdən biridir. Bayden Administrasiyası tərəfindən bu heyvanın burada qalmasına icazə verildi”, - deyə Tramp paylaşımında qeyd edib.

Seçilən
21
publika.az

1Mənbələr