AZ

Peskovdan şok bəyanat – “Rusiya ilə Ukrayna arasında sülh bu gün bərpa oluna bilər”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün — 10 aprel 2026-cı il tarixində jurnalistlərə verdiyi açıqlamada Ukrayna münaqişəsinin dərhal dayandırılması üçün əsas şərti açıqlayıb. Peskov tərəflər arasında real sülhün əldə olunmasının tamamilə rəsmi Kiyevin qərarından asılı olduğunu bildirib. Kremlin rəsmisi vurğulayıb ki, Moskva müvəqqəti atəşkəs deyil, məhz möhkəm və davamlı sülh tərəfdarıdır. “Rusiya və Ukrayna arasında sülh bu gün bərpa oluna bilər, bir şərtlə ki, Zelenski məsuliyyəti üzərinə götürsün və müvafiq qərarı qəbul etsin”, — deyə Peskov qeyd edib.

O, bu qərarın detallarını tam açıqlamasa da, rəsmi Moskva daha əvvəl Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını əsas şərt kimi irəli sürmüşdü.

Analitiklər hesab edirlər ki, bu bəyanat Pasxa bayramı ərəfəsində beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi bir ismarıcdır və müharibənin taleyini yenidən rəsmi Kiyevin seçimləri ilə bağlayır.

Musavat.com

Seçilən
6
1
editor.az

2Mənbələr