AZ

General 19 il həbs cəzası ALDI: Rütbəsi ƏLİNDƏN ALINDI

Rusiyanın keçmiş müdafiə naziri müavini Pavel Popov 19 il həbsə məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya məhkəməsi Müdafiə Nazirliyinin keçmiş müavini Pavel Popov barəsində hökm çıxarıb.

Korrupsiya işi üzrə təqsirli bilinən keçmiş nazir müavini 19 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, həmçinin ordu generalı rütbəsindən də məhrum edilib.

Vəkil Denis Saqaç bildirib ki, səhhətindəki problemlərlə əlaqədar P.Popov məhkəmə zalına gətirilməyib və hökm onun iştirakı olmadan elan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr