AZ

Səs-küylü cinayət: Valentina Tereşkovanın qızını...

Dünya şöhrətli sovet kosmonavtları Valentina Tereşkova və Andriyan Nikolayevin qızı Yelena Tereşkovanın Moskva vilayətindəki evinə basqın edilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "REN TV" yayıb.

Məlumata görə, soyğunçular bir neçə gün əvvəl Tereşkovanınevinə daxil olublar. Onlar evdən su qızdırıcısı, qaz balonu, "stabilizator" (gərginlik tənzimləyicisi-red.) və üç ədəd radiator oğurlayaraq qaçıblar.

İlkin qiymətləndirməyə görə, ailəyə dəyən maddi ziyanın məbləği 70 min rubl (təxminən 1300 manat) civarındadır.

Faktı Yelenanın həyat yoldaşı Andrey Rodionov da təsdiqləyib.

Seçilən
31
publika.az

1Mənbələr