AZ

Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Nəticədə 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva, 1983-cü il təvəllüdlü Nazim Salmanov və 1963-cü il təvəllüdlü Hikmət Muradov xəsarət alıb. Onlar Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Seçilən
25
11
apa.az

10Mənbələr