AZ

Qondarma "Laçın Kürd Respublikası" adlı məqalə “Vikipediya"dan silindi

“Vikipediya”nın Azərbaycan dili bölməsində yer alan “qondarma Laçın Kürd Respublikası” adlı məqalə Azərbaycan “Vikipediya” icmasının səsvermə qərarı ilə silinib.

Publika.az xəbər verir ki, məqalə 2021-ci ilin avqust ayında könüllü istifadəçi tərəfindən yaradılmışdı.

Xatırladaq ki, son günlər bu məsələ sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, “Vikipediya” könüllülər tərəfindən idarə olunan açıq platformadır və burada məqalələr bütün təbəqələr tərəfindən olan istifadəçilər tərəfindən yaradılır, redaktə edilir və zənginləşdirilir.

Seçilən
16
2
publika.az

3Mənbələr